Yuxarı
    Bağlamaq

    ​Nepalda qadınlar üçün ictimai nəqliyyat istifadəyə verilib

    Bu addım qadın sərnişinlərin cinsi zorakılıqdan qorunması məqsədi ilə atılıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ Nepalın paytaxtı Katmanduda yalnız qadınların istifadəsi üçün nəzərdə tutulan avtobuslar istifadəyə verilib.

    "Report" xəbər verir ki, bu addım ölkə hökuməti tərəfindən qadın sərnişinlərin cinsi zorakılıqdan qorunması məqsədi ilə atılıb.

    Üzərində "yalnız qadınlar üçün" yazısı olan dörd 17 yerlik mini-avtobus nəqliyyatın sıx olduğu vaxtlar və axşam saatlarında paytaxtın əsas marşrutları üzrə hərəkət edəcəklər.

    Avtobusları qadın sürücülər idarə edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi