Yuxarı

NASA Marsa uçmaq istəyənlərin ərizə qəbuluna başlayacaq

Kosmik agentlik 2015-ci il dekabrın 14-dən 2016-cı il fevral ayının ortalarına qədər açıq seçim edəcək

Bakı. 5 noyabr. REPORT.AZ/ NASA Mars planetinə hazırlığı görülən uçuşla əlaqədar ekipaj üzvlüyünə düşmək istəyənlər üçün ərizə qəbuluna başlayacaq. "Report" xəbər verir ki, kosmik agentlik artıq Qırmızı planeti görmək istəyənlərin qəbulu ilə bağlı ərizə qəbulunun tarixini də açıqlayıb.

Namizədlərin anketlərinin nəzərdən keçirilməsi 2015-ci il dekabrın 14-dən 2016-cı il fevral ayının ortalarına qədər olan müddətdə olacaq. Seçilmiş namizədlərin adları isə 2017-ci ilin ortalarında elan olunacaq.

Kosmik agentlik gələcək astronavtların qarşısına bir sıra tələblər qoyub: ABŞ vətəndaşlığı, mühəndislik, biologiya, fizika və ya riyaziyyat ixtisasları üzrə akkreditasiyadan keçmiş təhsil ocağında bitirilmiş ali təhsil və ən azı bakalavr dərəcəsi. Bundan əlavə, namizədlər ixtisası üzrə ən azı üç il iş təcrübəsinə və ya reaktiv təyyarənin komandiri kimi ən azı 1000 saat uçuş etdiyini sübut edən sənədlərə malik olmalıdır. Agentliyin məlumatında, həmçinin qeyd olunur ki, namizədlər fiziki və uzun uçuşlara dözümlülük üzrə NASA testlərindən keçməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi