NASA astronavtı xanım Haydi Payper Bakıdadır

NASA astronavtı xanım Haydi Payper Bakıdadır Bakı. 11 dekabr.  REPORT.AZ/ “Mən ötən həftə Gürcüstanda oldum, dünən isə Azərbaycana gəlmişəm. Təşkilatçılar qərara aldı ki, Gürcüstandan təyarə ilə deyil, avtomobillə gəlim. Bununla da mən ölkənin bir çox yerlərini görmək imkanı əldə etdim”. 
Maraqlı
11 Dekabr , 2017 11:01
NASA astronavtı xanım Haydi Payper Bakıdadır
Report/ Elshan Baba

Bakı. 11 dekabr.  REPORT.AZ/ “Mən ötən həftə Gürcüstanda oldum, dünən isə Azərbaycana gəlmişəm. Təşkilatçılar qərara aldı ki, Gürcüstandan təyarə ilə deyil, avtomobillə gəlim. Bununla da mən ölkənin bir çox yerlərini görmək imkanı əldə etdim”. 

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "dəyirmi masa"da NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı xanım Haydi Payper (Heide Piper) deyib.

Onun sözlərinə görə, rus dilini bilməsi ona ruslarla birgə kosmosa uçmasına yardım edə bilər: “Əlbəttə, ruslarla uçmağa biz hər zaman açığıq. Mənim olduğum gəmidə ruslar olmasa da,  digər astronavtlar ruslarla uçurlar”.

Astronavt həmçinin Marsa uçmağı arzuladığını deyib.

Son xəbərlər

Orphus sistemi