NASA astronavtı: "Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək"

NASA astronavtı: "Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək" Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyada qadın astronavtların sayı kişilərə nisbətən azdır. Bu da NASA-nın əsas tələblərindən biri olan texniki təhsillə bağlıdır. Təəssüf ki, qadınlar bir çox hallarda texniki sahədən uzaq olurlar.
Maraqlı
11 Dekabr , 2017 11:13
NASA astronavtı: Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək
Report/ Elshan Baba

Bakı. 11 dekabr. REPORT.AZ/ "Dünyada qadın astronavtların sayı kişilərə nisbətən azdır. Bu da NASA-nın əsas tələblərindən biri olan texniki təhsillə bağlıdır. Təəssüf ki, qadınlar bir çox hallarda texniki sahədən uzaq olurlar."

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən "dəyirmi masa"da NASA astronavtı, “Space Shuttle” ekipajının üzvü və Donanma kapitanı xanım Haydi Payper (Heide Piper) deyib.

H.Payper "açıq kosmosda nə fikirləşməsi barədə" suala belə cavab verib: “Təqribən, 33 saat açıq kosmosda olmuşam. Amma kosmonavtın vaxtı olmur ki, nə haqdasa düşünsün. Bizim sıx cədvəlimiz olur. Onunla məşğul oluruq. Təbii ki, müəyyən boş vaxtımız olur. Onda da ətrafa baxanda mavi kürə görürsən.”

Astronavt "ulduz müharibələri" ideyasına da münasibət bildirib: “NASA hərbi təşkilat kimi deyil, mülki struktur kimi yaradılıb. Bizim hərbi rütbələrimiz olsa da, hərbçi deyilik. NASA-nın işi tədqiqat aparmaq və öyrənməkdir. Ümid edirəm ki, müharibələr NASA-nın əsas işinə çevrilməyəcək və Hollivuddakı kimi, "ulduz müharibələri" baş verməyəcək”.

Son xəbərlər

Orphus sistemi