Yuxarı

Musiqinin əməliyyat zamanı ağrıları azaltdığı müəyyənləşib

Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər

Bakı. 14 avqust. REPORT.AZ/ Əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləmək ağrıları azaldır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə ingilis elm adamları gəliblər.

Alimlər apardığı araşdırmaların nəticəsində əməliyyat zamanı, əvvəl və sonra musiqi dinləyən xəstələrin ağrısının daha az olduğunu və sağalma dövrünü daha asan keçirdiklərini müəyyən ediblər.

Mütəxəssislər 7 mindən çox xəstənin fikirlərini öyrəniblər. Xəstələrin bəziləri musiqinin ağrıları azaltdığını, bəziləri isə rahatladıcı təsirinin olduğunu qeyd ediblər. Eyni zamanda, musiqinin əməliyyatdan sonrakı narahatlığı də azaltdığı müəyyən olunub.

Elm adamları, həmçinin anesteziya zamanı da musiqinin müsbət təsir göstərdiyini sübuta yetiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi