Yuxarı

Misirdə 50 mumiyanın olduğu qədim məqbərə aşkarlanıb - FOTO

Mumiyalar 9 metrlik dəfn kameralarında aşkar edilib

Bakı. 3 fevral. REPORT.AZ/ Misir arxeoloqları Ptolemey dövründə yaşamış fironların məqbərəsini aşkar ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirin Qədimlik İşləri üzrə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, 50 mumiyanın olduğu məqbərə Qahirənin cənubunda, Minedə aşkarlanıb.

Mumiyalar 4 ədəd 9 metrlik dəfn kameralarında aşkar edilib. Bəzi mumiyalar kətan parçalarına bükülmüş vəziyyətdə tapılıb. Digər mumiyalar isə daşdan hazırlanan tabutlara və taxta sərdabələrə yerləşdirilib.

Qədimlik üzrə Ali Şuranın birinci katibi Mustafa Vazirinin sözlərinə görə, mumiyaların şəxsiyyəti indiyə qədər müəyyənləşdirilməyib.

"Biz heroqliflərlə yazılmış adları tapmadıq", - deyə o bildirib. Ali Şuranın rəsmisi əlavə edib ki, mumiyalanma metodundan görünür ki, qalıqlarları tapılan insanlar hansısa dərəcəli əhəmiyyətli və ya nüfuzlu vəzifələri tutublar.

Qeyd edək ki, 2 ay əvvəl də Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi