Yuxarı

Müəmmar ​Qəddafinin oğurlanan xəncəri İstanbulda tapılıb

Fil dişindən düzəldilən xəncər qızıl, zümrüd, brilyant, sapfir və yaqut daşlarla bəzədilib

Bakı. 13 iyun. REPORT.AZ/ Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin xəncəri İstanbulda aşkar edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri məlumat yayıb.

Xəbərə görə, Müəmmar Qəddafinin sarayından oğurlanan xəncəri iki nəfər 10 milyon dollara Səudiyyə Ərəbistanından olan iş adamına satmaq istəyərkən saxlanılıblar.

İnformasiyaya əsasən, fil dişindən düzəldilən xəncər qızıl, zümrüd, brilyant, sapfir və yaqut daşlarla bəzədilib.

Qeyd edək ki, Müəmmər Qəddafi 1969-2011-ci illərdə Liviya İnqilabının lideri və dövlətin başçısı olub. 2011-ci ildə "ərəb baharı" inqilabı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb və etirazçılar tərəfindən öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi