Bakı. 26 yanvar. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada zoopolislərin yaradılması təklif olunur. Müvafiq təklif artıq şəhər meri Sergey Sobyaninə göndərilib.
"Report" "İzvestiya" nəşrinə istinadən yazır ki, ideyanın müəllifi Rusiya Federasiyası İctimai Palatasının təhlükəsizlik komissiyasının sədri Anton Svetkovdur.
Zoopolislər şəhər sakinlərini küçə heyvanlarından, ev heyvanlarını isə qəddar sahiblərindən və doqhanterlərdən qoruyacaqlar.
"Belə bir xidmət bir sıra xarici ölkələrdə artıq çoxdan mövcuddur və özünü kifayət qədər yaxşı tərəfdən göstərib", - deyə təşəbbüs müəllifi merə məktubunda bildirib.