Moskvada qadın DYP avtomobilində uşaq dünyaya gətirib - FOTO

Moskvada qadın DYP avtomobilində uşaq dünyaya gətirib - FOTO Rusiyada qadın yol polisinin xidməti avtomobilində uşaq dünyaya gətirib.
Maraqlı
18 Yanvar , 2020 00:16
Moskvada qadın DYP avtomobilində uşaq dünyaya gətirib - FOTO

Rusiyada qadın yol polisinin xidməti avtomobilində uşaq dünyaya gətirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə ötən gün Kiyev şosesinin 26-cı kilometrliyində, yerli vaxtla saat 16 radələrində baş verib.

"Şosedəki avtomobillərdən birində həyəcanlı kişi Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşlarına bildirib ki, onun taksidəki xanımı uşaq dünyaya gətirir və onlar nəqliyyat vasitələrinin sıxlığı səbəbindən tibb məntəqəsinə çata bilmirlər", - idarənin mətbuat xidmətində bildiriblər.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşları qadını və həyat yoldaşını doğum evinə təcili çatdırmaq üçün onları post patrul xidməti avtomobilinə əyləşdirmək qərarına gəliblər. Ancaq idarədə qeyd ediblər ki, qadının doğuşu tibbi məntəqəyə aparan yolda başlayıb. Buna görə də Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin əməkdaşları qadının və uşağın sağlamlığına ziyan dəyməməsi üçün onları dərhal qəbul etməyə qərar veriblər.

İdarədə əlavə ediblər ki, əraziyə təcili yardım çağırılıb.

Qeyd edilir ki, yol polisi əməkdaşlarının zəruri köməyi və tibbi yardım göstərilməsi nəticəsində sağlam oğlan uşağı dünyaya gəlib. Körpə həkimlərin gəlişinə qədər formalı gödəkcəyə bükülüb.

Tezliklə hadisə yerinə təcili tibbi yardım briqadası gəlib, qadın və körpə həkimlərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi