​Moskvada Puşkinin heykəli oğurlanıb

​Moskvada Puşkinin heykəli oğurlanıb Heykəl zərif və yüngül görünsə də, çəkisi az olmayıb
Maraqlı
3 Fevral , 2015 01:16
​Moskvada Puşkinin heykəli oğurlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Aleksandr Puşkinin Moskvanın Narodnoe Opolçenie küçəsindəki heykəli yoxa çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, vandallar yazıçının tunc profilini oğurlayıblar.

Heykəl zərif və yüngül görünsə də, çəkisi az olmayıb. Onu aparmaq üçün texnikadan istifadə etmək tələb olunur.

1974-ci ildə qoyulan abidə artıq bir dəfə oğurlanıb. Lakin bu dəfə oğurluq Ədəbiyyat ilinə təsadüf edib. Hazırda polis abidənin axtarışı ilə məşğuldur.

Digər versiyaya görə, heykəl təmir işləri ilə bağlı götürülüb. Park yaxınlığında yerüstü piyada keçidi inşa olunduqdan sonra yazıçının büstü yerinə qaytarılacaq.

Son xəbərlər

Orphus sistemi