Moskvada ictimai nəqliyyatdan istifadə kəskin azaldı

Moskvada ictimai nəqliyyatdan istifadə kəskin azaldı Son üç həftədə Rusiyanın paytaxtı Moskva şəhərinin yollarındakı avtomobil sıxlığında 70% azalma müşahidə edilib.
Maraqlı
31 Mart , 2020 13:02
Moskvada ictimai nəqliyyatdan istifadə kəskin azaldı

Son üç həftədə Rusiyanın paytaxtı Moskva şəhərinin yollarındakı avtomobil sıxlığında 70% azalma müşahidə edilib.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bunu Moskvanın Nəqliyyat Departamentinin Mətbuat Xidməti açıqlayıb.

“Bazar ertəsi Moskva yolları üç həftə öncəki vəziyyətlə müqayisədə 70% daha azad olub”, - açıqlamada bildirilib.

Məlumata görə, paytaxtda ötən ilin analoji dövrü ilə müqayisədə şəxsi nəqliyyatdan istifadə 48%, yol-nəqliyyat hadisələrinin sayı isə 87% azalıb.

Bundan başqa, Moskva metrosunda sərnişin axınında da azalma müşahidə edilib. Paytaxt sakinləri metrodan 85% daha az istifadə edirlər. Şəhərdaxili yerüstü ictimai nəqliyyatdan istifadədə isə 74% azalma qeydə alınıb.

Qeyd edək ki, Rusiyanın paytaxtında yollarda sıxlığın azalması koronavirus təhlükəsi və bununla mübarizədə elan olunan özünütəcrid rejiminin tətbiqi ilə bağlıdır.

Xatırladaq ki, Rusiyada koronavirus daşıyıcılarının rəsmi sayı 1 800 nəfərdən çoxdur. Bunların çoxu Moskvadadır – 1 226 nəfər.  

Son xəbərlər

Orphus sistemi