Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyada Moskva metrosunun sərnişinlərindən bel çantalarını əllərində daşımaları xahiş olunur.
"Report" NSN-ə istinadən xəbər verir ki, metropoliten rəhbərliyi bunu çantaların beldə olarkən digər sərnişinlər üçün narahatlıq yaratması ilə izah edib.
Elementar davranış qaydalarına riayət etməklə bağlı çağırışların artıq metroda səsləndirilməsinə başlanıb.