Mixail Xodorkovski öz soyadını brendə çevirmək əzmindədir

Mixail Xodorkovski öz soyadını brendə çevirmək əzmindədir "Xodorkovski" və "Khodorkovsky" əmtəə nişanlarının qeydiyyat və mühafizəsi Azərbaycana da şamil olunacaq
Maraqlı
9 Sentyabr , 2015 08:00
Mixail Xodorkovski öz soyadını brendə çevirmək əzmindədir

Bakı. 9 sentyabr. REPORT.AZ/ YUKOS neft şirkətinin keçmiş prezidenti Mixail Xodorkovski öz soyadını brendə çevirmək əzmindədir.

"Report" "Kommersant" qazetinə istinadən xəbər verir ki, Xodorkovski bu istiqamətdə ciddi səylər göstərir və artıq öz soyadı üçün 2023-cü ilə qədər etibarlı olan əmtəə nişanı sertifikatını əldə edib. Yaxın vaxtlarda müxtəlif ölkələrə azı 150 növdə "Xodorkovski" əmtəə nişanlı mal və xidmətlər ixrac edilməyə başlanacaq.

Əmtəə nişanlarının Beynəlxalq qeydiyyatı haqqında Madrid Sazişinə əsasən Ümumdünya İntellektual Mülkiyyət Təşkilatında (ÜİMT) qeydiyyatdan keçən əmtəə nişanları milli bazalara daxil edilmir. Beləliklə, "Xodorkovski" və "Khodorkovsky" əmtəə nişanlarının qeydiyyat və mühafizəsi Azərbaycan daxil olmaqla bir sıra dövlətə şamil olunacaq. 

Son xəbərlər

Orphus sistemi