Yuxarı

"Miss World" gözəllik müsabiqəsinin qalibi Cənubi Afrika nümayəndəsi oldu

22 yaşlı Ştraus tibb universitetinin dördüncü kurs tələbəsidir.

Bakı. 14 dekabr. REPORT.AZ/"Miss World" gözəllik müsabiqəsinin qalibi Cənubi Afrika Respublikasından olan Rolen Ştraus seçilib.

"Report"-un Lenta.ru-ya istinadən məlumat verir ki, Londonda keçirilən müsabiqədə ikinci yeri Macarıstandan olan Yedina Kulşar, üçüncü yeri isə amerikalı Elizabet Safrit tutub.

22 yaşlı Ştraus Tibb universitetinin dördüncü kurs tələbəsidir.

Qeyd edək ki, ötən il "Miss World" titulu Fillipinli Megan Yanga verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi