Misirdə 7 min ildən çox yaşı olan artefaktlar aşkar olunub

Misirdə 7 min ildən çox yaşı olan artefaktlar aşkar olunub Onlar Neolit dövrünə aiddir
Maraqlı
15 Mart , 2017 07:35
Misirdə 7 min ildən çox yaşı olan artefaktlar aşkar olunub

Bakı. 15 mart. REPORT.AZ/ Misirdə yaşı 7 min ildən çox oan Neolit dövrünə aid artefaktlar aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al-Youm al-Sabia" nəşri məlumat yayıb.

Fevralın əvvəlindən ölkənin şimalında yerləşən Daqahliyə rayonunda qazıntılarla məşğul olan Misir-Fransa birgə arxeoloji missiyası Misir torpağında nə vaxtsa tapılan ən qədim abidələri təqdim edib.

Daqahliyə arxeoloji kompleksinin rəhbəri Səlim əl-Bağdadinin sözlərinə görə, tapılan əşyalar arasında balıq ovu, həmçinin taxıl emalı üçün nəzərdə tutulan primitiv alətlər var.

Son xəbərlər

Orphus sistemi