Yuxarı
    Bağlamaq

    Misir arxeoloqları qırx sarqofaqdan ibarət nekropol tapıblar

    Məzarların hamısı kahinlərə və vəzifəli şəxslərə məxsusdur

    Bakı. 25 fevral. REPORT.AZ/ Misir arxeoloqları Qahirənin cənubunda yerləşən Tuna əl Cəbəl adlı ərazidə təqribən qırx sarqofaqı əhatə edən səkkiz türbədən ibarət böyük bir nekropol aşkar ediblər.

    “Report” xəbər verir ki, bu barədə Misirin əlyazmalar naziri Xəlif əl-Annaniyə istinadən "Associated Press" məlumat yayıb.

    Nazirin qeyd etdiyinə görə, nekropolda qədim Misir tarixinin erkən çarlıqdan başlayaraq Ptolomey zamanına qədər müxtəlif dövrlərində dəfn edilmiş məzarlar var, eyni zamanda onların hamısı kahinlərə və vəzifəli şəxslərə məxsusdur.

    Qeyd olunur ki, bu, son bir neçə il ərzində edilmiş ən böyük arxeoloji kəşflərdən biridir, ərazidə mütəxəssislərin işi isə 5 il ərzində davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi