​"Microsoft"un həmtəsisçisi köpək balıqlarının həyatının tədqiqinə 4 milyon dollar ayırıb - VİDEO

​"Microsoft"un həmtəsisçisi köpək balıqlarının həyatının tədqiqinə 4 milyon dollar ayırıb - VİDEO Bu, dünyada mərcan riflərində yaşayan köpək balıqlarının ilk qlobal videotədqiqatı olacaq
Maraqlı
10 İyul , 2015 08:39
​Microsoftun həmtəsisçisi köpək balıqlarının həyatının tədqiqinə 4 milyon dollar ayırıb - VİDEO

Bakı. 10 İyul. REPORT.AZ/ "Microsoft"un həmtəsisçisi köpək balıqlarının həyatını tədqiq edəcək "Global FinPrint" layihəsinə 4 milyon dollar ianə ayırıb.

"Report" xəbər verir ki, layihə avqust ayında start götürəcək, hesablamalar üç il ərzində aparılacaq.

Tədqiqatçılar suda 10 metrdən 100 metrədək dərinlikdə kameralar yerləşdirəcəklər.

Hər bir kamera qarşısında kiçik qəfəsin içərisində yem qoyulacaq. Əgər bu müddət ərzində yaxınlıqdan köpək balığı və skat keçərsə, yemin qoxusu onları kameraya doğru cəlb edəcək.

Təşkilatçılar "Global FinPrint" layihəsini dünyada mərcan riflərində yaşayan köpək balığı və skatların ilk qlobal videotədqiqatı adlandırırlar. Onlar bu şəkildə dünya sularında yaşayan bu balıqların sayı barədə məlumat toplayacaqlarına ümid bəsləyirlər. Alimlər ümid edirlər ki, əldə ediləcək məlumatlar onlara köpək balıqları və skatları nəsli kəsilməkdən qorumaqda kömək edəcək.

Son xəbərlər

Orphus sistemi