Bakı. 22 dekabr. REPORT.AZ/ Meksikanın ən qoca sakini Xesus Kastilyo Ranxel 121 yaşında vəfat edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, Kintana-Roo ştatının xəstəxanalarından birində ölüb.
İlkin məlumatlara görə, uzunömürlü meksikalı yüngül sətəlcəmə səbəb olan tənəffüs çatışmazlığından dünyasını dəyişib.
Xesus Kastilo Ranxel 1910-1917-ci illərdə baş vermiş Meksika inqilabının indiyə qədər yaşamış son iştirakçısı idi. O, diktaturaya qarşı savaşan Emiliano Sapati və Venustiano Karransın əfsanəvi ordularında mübarizə aparıb.