Meksikada qədim sarayın qalıqları aşkarlanıb

Meksikada qədim sarayın qalıqları aşkarlanıb Meksikada qədim sarayın qalıqları aşkar edilib.
Maraqlı
29 Dekabr , 2019 20:58
Meksikada qədim sarayın qalıqları aşkarlanıb

Meksikada qədim sarayın qalıqları aşkar edilib. 

“Report” BBC-yə istinadən xəbər verir ki, tarixi tikili ölkənin cənub-şərqindəki Yukatan ştatında qədim Kuluba şəhərində tapılıb. 

Onun eramızın VII əsrində, Orta Amerikada maya mədəniyyətinin yüksəlişi dövründə tikildiyi güman edilir.

Şəhərin mərkəzi meydanında ucaldıldığı ehtimal olunan binanın qalıqlarının uzunluğu 55 metr, hündürlüyü də 6 metrdir. Hazırda sarayla yanaşı, yaxınlıqda iki yaşayış evinin, bir ibadətgahın, bir də kürəyə bənzər tikilinin qalıqları üzərində tədqiqatlar aparılır.

Son xəbərlər

Orphus sistemi