Yuxarı
    Bağlamaq

    Meksika körfəzində qeyri-adi dəniz heyvanı aşkarlanıb

    Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin alimləri Meksika körfəzində qeyri-adi heyvanın fotosunu çəkiblər.

    "Report" xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.

    Məlumata görə, alimlərin diqqətini cəlb edən varlıq 850 metr dərinlikdə aşkarlanıb. Ekspert, bioloq Mayk Veççione bildirib ki, alimlər aşkarlanan varlıqla bağlı çaşqınlıq içində olublar.

    "Bu varlıq mənim nə vaxtsa gördüyüm hansısa bir "kalmar"a (kiçik balıqlara - red) oxşamır. Biz hələ ki, ona yaxınlaşmamışıq", - deyə Veççione bildirib.

    Araşdırmalar onun eyni zamanda qaniçən "kalmar"a oxşadığını göstərib. Mütəxəssislər güman edirlər ki, onlar "Discoteuthis discus" növünün nümayəndəsini aşkar ediblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi