​Məhəmməd Əli dəfn olunub - FOTO

​Məhəmməd Əli dəfn olunub - FOTO Keyv-Hill qəbiristanlığına yalnız mərhumun ailə üzvləri və yaxınları buraxılıb
Maraqlı
11 İyun , 2016 01:06
​Məhəmməd Əli dəfn olunub - FOTO

Bakı. 11 iyun. REPORT.AZ/ Dünya şöhrətli amerikalı boksçu Məhəmməd Əlinin təntənəli dəfn mərasimi keçirilib. "Report" "Associated Press"ə istinadən xəbər verir ki, minlərlə insan mərhumla vidalaşmaq üçün Luisvil şəhərinin (Kentukki ştatı) küçələrinə çıxıb.

Onun tabutu avtomobillə doğma şəhərinə gətirilib və mərhum Keyv-Hill qəbiristanlığında dəfn edilib. Vida mərasimində 16 min insan, o cümlədən mərasimdə çıxış etmiş sabiq prezident Bill Klinton, İordaniya kralı II Abdulla, Ağ Ev rəhbəri Barak Obamanın məsləhətçisi Valeri Carret iştirak ediblər.

Məhəmməd Əlinin tabutunu daşıyanlar arasında boksçu Lennoks Luis və Mayk Tayson, habelə aktyor Uil Smit də olub.

Keyv-Hill qəbiristanlığına yalnız mərhumun ailə üzvləri və yaxınları buraxılıb.  

Son xəbərlər

Orphus sistemi