Yuxarı

​Mədəsində narkotik aparan kuryer, paketin partlaması nəticəsində təyyarədə ölüb

Con Kennedi qarnında 800 qram kokain aparırmış

Bakı. 22 oktyabr. REPORT.AZ/ Portuqaliyadan İrlandiyaya uçan zaman qəflətən dünyasını dəyişən braziliyalı sərnişin narkotik kuryeri çıxıb, onun ölümünə səbəb isə mədəsində apardığı kokain paketinin partlaması olub.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə İrlandiya polisi məlumat yayıb.

Patoloqoanatom hesabatına əsasən, 25 yaşlı Con Kennedi Santos Quraxao bazar günü Lissabondan Dublinə uçarkən ölümündən əvvəl içində ağ toz olan paketlər udub.

İrlandiyanın "The Irish Times" nəşrinin məlumatına görə, Santos Quraxao təqribən 800 qram kokain udub və narkotiklər 56 min avro dəyərində qiymətləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi