Yuxarı

Markesin arxivinin satıldığı qiymət açıqlanıb

Kolumbiya və Meksika hökumətlərinin təmsilçiləri buna kəskin etiraz edərək anlaşılmazlıq olduğunu bildiriblər

Bakı. 26 fevral. REPORT.AZ/ ABŞ-ın Texas Universiteti ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kolumbiyalı məşhur yazıçı Qabriel Qarsiya Markesin arxivini 2,2 milyon dollara alıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda universitetin nəzdində fəaliyyət göstərən Harri Rensom adına Humanitar Elmlər üzrə Araşdırma Mərkəzinin təmsilçisi bildirib.

Məlumata görə, universitet arxivə ödədiyi pulun miqdarını bir müddət gizli saxlayıb.

Kolumbiya və Meksika hökumətlərinin təmsilçiləri Texas Univerisitetinin arxivi almasına kəskin etiraz edərək anlaşılmazlıq olduğunu bildiriblər: "Arxiv Markesin şikayət etmədiyi və tez-tez tənqid etdiyi ölkədə qalacaq".

Bununla belə, gəzən şaiyələrə əsasən, amerikalılar arxivi üçüncü əldən baha qiymətə alıblar.

Yazıçının Meksikada yaşayan qohumlarının sözlərinə görə, arxivin dəyəri Texas Universitetinin xeyrinə müəyyən edilib. Bunun isə başlıca səbəbi həmin ali təhsil müəssisəsinin ədəbi materialların saxlanılması üzrə dünyada nüfuz sahiblərindən olmasıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi