Yuxarı

Mark Zukerberq ilk dəfə iftara qatılıb

Mark Zukerberq ilk dəfə iftara qatılıb
Facebookun yaradıcısı Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb
© facebook

Bakı. 23 iyun. REPORT.AZ/ "Facebook"un yaradıcısı Mark Zukerberq ilk dəfə iftara qatılıb.

"Report" xəbər verir ki, M.Zukerberq Minneapolisdə Somalidən olan qaçqınlarla iftar yeməyini bölüşüb.

"Qaçqın kimi, adətən, hansı ölkəyə düşəcəyinizi seçə bilmirsiniz. 26 ilini qaçqınlar üçün düşərgədə keçirən bir nəfərdən ABŞ-da özünü evdəki kimi hiss edib-etmədiyini soruşanda mənə çox sadə, amma dərin mənalı cavab vermişdi: "Ev istədiyinizi sərbəst şəkildə edə bildiyiniz yerdir". Dünyada onun istədiyi kimi yaşamasının, rahat olmasının mümkün olduğu çox az yer var", - M.Zukerberq "Facebook" səhifəsində yazıb.

O, iftar süfrəsi təşkil edən somalili qaçqınlara qonaqpərvərliyə görə təşəkkürünü bildirib: "Sizin gücünüzə və yad bir yerdə yeni həyat qurmaqda göstərdiyiniz qətiyyətə heyranam. Siz bu ölkənin nəyə görə belə möhtəşəm olduğunu bir daha xatırladırsınız".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi