Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib

Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib İlan zərərsizləşdirildikdən sonra turnir davam etdirilib
Maraqlı
22 Oktyabr , 2016 12:44
Malayziyada oyun vaxtı meydana 2 metr uzunluğunda piton girib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən qolf turniri meydana 2 metr uzunluğunda pitonun girməsi səbəbindən dayandırılıb.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "PGA Tour" adlı yarışın təşkilatçıları ilan ovu xidmətinə müraciət edib. Mütəxəssislər pitonu tutaraq xüsusi kisəyə yerləşdiriblər. Bundan sonra turnir davam etdirilib.

Qeyd edək ki, 1991-ci ildən istifadədə olan qolf sahəsində vəhşi heyvanlara tez-tez rast gəlinir. 

Son xəbərlər

Orphus sistemi