Yuxarı

Los-Anceles ən sıx tıxac olan şəhərlər reytinqinə başçılıq edir

Los-Anceles ən sıx tıxac olan şəhərlər reytinqinə başçılıq edir
İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub

Bakı. 20 fevral. REPORT.AZ/ Los-Anceles dünyanın ən sıx tıxacı olan şəhəri adına sahib çıxıb.

"Report" xəbər verir ki, bunu "Inrix" şirkətinin reytinqi göstərir.

Reytinqə əsasən, 2016-cı ildə Los-Anceles sürücüləri tıxaclarda 104 saat sərf ediblər.

Reytinqdə ikinci yeri Rusiyanın paytaxtı Moskva (91 saat), üçüncü isə ABŞ-ın Nyu-York şəhəri (89 saat) tutub.

İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub.

İlk onluqda həmçinin San Fransisko, Boqota, San Paulu, London, Atlanta, Paris, Mayami yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi