London aeroportunda 50 timsah müsadirə edilib

London aeroportunda 50 timsah müsadirə edilib Sürünənlər Malayziyadan gələn reysdə olub
Maraqlı
5 May , 2018 00:58
London aeroportunda 50 timsah müsadirə edilib

Bakı. 5 may. REPORT.AZ/ Britaniyalı sərhədçilər Londonun Hitrou hava limanında nəqliyyat şərtləri ilə bağlı qaydaların pozulması səbəbindən 50 timsah balası götürüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, sürünənlər Malayziyadan gələn reysdə olub.

Hər biri dörd timsah üçün nəzərdə tutulan 5 yeşikdə on timsah olub. Yer sıxlığından onlar bir-birilərinə hücum etməyə başlayıblar, nəticədə heyvanlardan biri ölüb.

Timsahlar Kembricşirdə yerləşən fermalardan birinə aparılmalı idi. İndi xilas edilmiş yırtıcılar yenidən Malayziyaya qaytarılıb.

Son xəbərlər

Orphus sistemi