​Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini dayandırır

​Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini dayandırır "Dünya proletariatı lideri"nin sərdabəsində planlı profilaktik işlər aparılacaq
Maraqlı
16 Fevral , 2015 04:58
​Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini dayandırır

Bakı. 16 fevral. REPORT.AZ/ Qırmızı meydanda yerləşən Lenin mavzoleyi bu gündən etibarən fəaliyyətini müvəqqəti olaraq dayandırır. Mavzoley aprelin 16-da yenidən ziyarətçilərin istifadəsinə veriləcək.

"Report" xəbər verir ki, "Dünya proletariatı lideri"nin sərdabəsində planlı profilaktik işlər aparılacaq.

Bundan əvvəl, yay aylarında Leninin meyiti ilə Ümumrusiya Dərman və Ətirli Bitkilər İnstitutu mütəxəssislərinin məşğul olacağı xəbər verilmişdi.

Mavzoley 1924-cü ildə, Leninin ölümündən qısa vaxt sonra açılıb. İlk mavzoley taxtadan olub, sonradan iki dəfə yeni mavzoley inşa olunub. Sonuncu mavzoley 1930-cu ildə memar Şusevin layihəsi əsasında tikilib. 

Son xəbərlər

Orphus sistemi