Latviyada millətçilər "8 Mart"a qarşı çıxıblar

Latviyada millətçilər "8 Mart"a qarşı çıxıblar Yanis İesalnieks Beynəlxalq Qadınlar Günü buketini tank ilə müqayisə edib
Maraqlı
8 Mart , 2015 19:38
Latviyada millətçilər 8 Marta qarşı çıxıblar

Bakı. 8 mart. REPORT.AZ/ Latviyada "Milli birliy"in ideoloqlarından biri olan Yanis İesalnieks ölkə Ordusunda "8 Mart"ın bayram edilməsini sərt şəkildə tənqid edib.

"Report" "Rossiyskaya qazeta"ya istinadən xəbər verir ki, onu hərbçilərin öz qadın həmkarları üçün musiqili konsert təşkil etmələri özündən çıxarıb.

"Siz bu dəfə sərhədləri aşdınız. "8 Mart" yalnız postsovet ölkələri və sosialist partiyalarının ənənəsidir", - deyə o Twitter səhifəsində yazıb.

İesalnieks, həmçinin "8 Mart" buketini tank ilə müqayisə edib.

"Hansısa xalqı fəth etmək üçün tanka ehtiyac yoxdur. Düzgün olmayan gündə yalnız bir buket gül və bunun "bizim bayram" olmasına əminliyimiz kifayətdir", - deyə siyasətçi əlavə edib.

Latviya Silahlı Qüvvələrinin nümayəndələri İesalnieksin qəzəbli sözlərinə cavab olaraq, ona həkimə getməyi təklif ediblər.

Son xəbərlər

Orphus sistemi