Yuxarı
    Bağlamaq

    ​Latviya Seyminin deputatı barda döyülüb

    O, pravoslav Miladının rəsmi bayram kimi tanınması təşəbbüsünü dəstəkləmədiyi üçün zərər çəkib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Latviya Seyminin deputatı Artur Kayminş barda dava nəticəsində burnundan zədə alıb.

    "Report" xəbər verir ki, parlamentarinin sözlərinə görə, o, Seymdə pravoslav Miladının rəsmi bayram kimi tanınması təşəbbüsünü dəstəkləməkdən imtina etdiyinə görə zərər çəkib.

    İnsident ötən həftə "Latvijas 1. rokkafejnīca" barında baş verib.

    Deputat bildirib ki, ona arxadan barın mühafizəçilərindən biri hücum edib və guya "səni 7 yanvar bayramına görə vurdum" deyib. Nəticədə deputat üzü üstə yerə yıxılıb və burnu qırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi