Küveytdə aparıcı verilişin qonağını birbaşa efirdə yandırıb - VİDEO

Küveytdə aparıcı verilişin qonağını birbaşa efirdə yandırıb - VİDEO Bu, tamaşaçıların tənqidinə səbəb olub
Maraqlı
24 Yanvar , 2017 04:57
Küveytdə aparıcı verilişin qonağını birbaşa efirdə yandırıb - VİDEO

Bakı. 24 yanvar. REPORT.AZ/ Küveytdə yumoristik verilişin aparıcısı birbaşa efirdə qonağının üzərinə benzin tökərək onu yandırıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalının saytı məlumat yayıb.

Hadisə məşhur yerli aparıcı Cassem Rəcəbin verilişində baş verib. Cassem qonağı yandırdıqdan sonra çəkiliş qrupunun əməkdaşları dərhal onu söndürüblər.

Qeyd olunur ki, əvvəlcədən bütün təhlükəsizlik tədbirləri görülüb. Qonağın heç bir ağrı hiss etmədiyi və onun bədəninin əvvəlcədən xüsusi qoruyucu qat ilə örtüldüyü bildirilir.

Bununla belə video sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub. Onlar aparıcının cəzalandırılmasını tələb ediblər.

Son xəbərlər

Orphus sistemi