​Küveyt turistlərin DNT analizi verməsi haqqında qərar qəbul edib

​Küveyt turistlərin DNT analizi verməsi haqqında qərar qəbul edib Qanunu pozan şəxsləri bir il müddətinə həbs gözləyir
Maraqlı
16 İyul , 2015 22:54
​Küveyt turistlərin DNT analizi verməsi haqqında qərar qəbul edib

Bakı. 16 İyul. REPORT.AZ/ Küveyt hökuməti hüquq-mühafizə və xüsusi xidmət orqanlarının məlumat bazasını artırmaq üçün bütün vətəndaşların və ölkə ərazisində yaşamaq hüququ olan şəxslərin üzərinə DNT nümunələri vermək öhdəliyi qoyan qərar qəbul edib.

"Report" xəbər verir ki, DNT analizi, həmçinin Küveytə gələn bütün turistlər üçün də mütləqdir.

DNT məlumat bazasının yaradılması barədə qərar iyunda Ramazan ayının əvvəlində Küveytin şiə məscidində terrorçu-kamikadzenin özünü partlatmasından sonra qəbul edilib. Həmin terror aktı nəticəsində 27 nəfər həyatını itirib. Hücuma görə məsuliyyəti isə İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qanunu pozan şəxslər üçün 12 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 33 min dollar həcmində cərimə nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi