Kosta-Rika prezidenti müsahibə zamanı arını udub - VİDEO

Kosta-Rika prezidenti müsahibə zamanı arını udub - VİDEO Onun bu hərəkəti təəccüblə və təbəssümlə qarşılanıb
Maraqlı
18 İyun , 2017 11:06
Kosta-Rika prezidenti müsahibə zamanı arını udub - VİDEO

Bakı. 18 iyun. REPORT.AZ/ Kosta-Rika prezidenti Luis Gilyermo Solis jurnalistlərlə söhbət zamanı arını udub.

"Report"un məlumatına görə, bu barədə "ABC 6" telekanalı xəbər yayıb.

Solis ölkənin cənub hissəsində beton zavodunun açılması barədə danışarkən həşərat ona tərəf qalxıb. Prezident özünü itirməyərək onu udub.

"Mən onu yedim. Arını yedim. Hər gün bir cür olur. Təmiz zülal" – deyə Kosta-Rikanın başçısı zarafatla bildirib. Onun bu hərəkəti təəccüblə və təbəssümlə qarşılanıb. 

Son xəbərlər

Orphus sistemi