Yuxarı

​Azərbaycanda partiya sədri kosmik hadisələrlə bağlı yeni nəzəriyyənin müəlliflik hüququnu almaq istəyir

“Bu nəzəriyyə kosmik hadisələrin baş vermə vaxtını astronomik dəqiqliklə əvvəlcədən proqnozlaşdırmağa imkan verir”

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Kondisiologiya elmi əsasında hazırladığı yeni nəzəriyyəsini müəlliflik hüququnun qeydiyyatı ilə əlaqədar Müəllif Hüquqları Agentliyinə təqdim edib. Bu barədə “Report”a ADP-nin mətbuat xidmətindən məlumat verilib.

“Bu nəzəriyyə kosmik hadisələrin – vulkanların, zəlzələlərin, Günəş partlayışlarının, meteor yağışlarının, asteroid və kometlərin əmələ gəlməsi və ulduzların sönməsinin səbəbini izah edir. Nəzəriyyənin praktiki əhəmiyyəti ondan ibarətdir ki, bu nəzəriyyə kosmik hadisələrin baş vermə vaxtını astronomik dəqiqliklə əvvəlcədən proqnozlaşdırmağa imkan verir”, - məlumatda bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi