Koreya Respublikasında avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi təklif edilib

Koreya Respublikasında avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi təklif edilib Güzgülərin ixtisarı benzin istifadəsini azaldacaq
Maraqlı
7 Noyabr , 2016 10:34
Koreya Respublikasında avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi təklif edilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Koreya Respublikası gələn ildən avtomobillərin yan güzgülərinin kameralarla əvəzlənməsi işini həll etmək üçün yol təhlükəsizlik qaydalarını yenidən nəzərdən keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin bəyanatında deyilir.

Güman edilir ki, avtomobilin korpusunda yan güzgülərin ixtisarı yanacaq sərfinin 10% azalmasına imkan verəcək. Belə ki, yan güzgülər olmadan küləyin müqavimətinin azalacağı iddia edilir.

Nazirlik, həmçinin yan güzgülərin kamera və monitorlar sistemi (CMS) ilə əvəz edilməsinin yol qəzalarının sayının azalmasına da yardım edəcəyinə ümidvardır.

Son xəbərlər

Orphus sistemi