Yuxarı

Korean Air şirkətində "ləbləbi" qalmaqalı

Qalmaqaldan sonra Ço Hön şirkətin vitse-prezidenti vəzifəsindən istefa verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Cənubi Koreyanın Korean Air aviaşirkətinin keçmiş vitse-prezidenti Ço Hön Nyu-Yorkdan qalxmış təyyarənin uçuşunu yubandırdığı üçün və qalmaqala səbəb olmuş hərəkətlərinə görə üzr istəyib.

"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, şirkət prezidentinin qızı olan qadın uçuşun əvvəlində duzlu ləbləbinin ona qabda yox, paketdə gətirildiyi üçün təyyarə göyərtəsində göstərilmiş xidmətdən narazı qalıb.

Çö Hön heyət komandirindən təyyarəni aeroport terminalına qaytarmağı və stüardessalardan birini təyyarədən kənar etməyi tələb edib.

Vitse-prezidetin davranışı, Nyu Yorkdan Cənubi Koreyanın İnçxon şəhərinə uçan təyyarənin 20 dəqiqə geçikməsinə səbəb olub. Buna görə də, Korean Air şirkəti sərnişinlərdən üzr istəyib.

Qalmaqaldan sonra Ço Hön şirkətin vitse-prezidenti vəzifəsindən istefa verib.

Cənubi Koreya höküməti insidentin araşdırıldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi