Yuxarı
    Bağlamaq

    ​ABŞ-ın ən yaşlı sakini 110 yaşında vəfat edib

    Conson 19 yanvar 1904-cü ildə İsveçdə dünyaya gəlib

    Bakı. 24 dekabr. REPORT.AZ/ ABŞ-da ölkənin ən yaşlı sakini 110 yaşında vəfat edib.

    "Report" xəbər verir ki, Konrad Conson adlı amerikalı ixtisasca dülgər olub və İllinoys ştatının şimal hissəsində yerləşən Rokford şəhərində yaşayıb.

    Conson 19 yanvar 1904-cü ildə İsveçdə dünyaya gəlib. O, ömrünün sonlarınadək sağlam və gümrah olub. Yalnız bir neçə ay öncə Conson gəzintiyə çıxmaq üçün köməkçi vasitədən istifadə edib.

    O, iki dəfə evli olub. Birinci həyat yoldaşı 1988-ci ildə dünyasını dəyişib, ikinci isə 2002-ci ildə vəfat edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi