Kolumbun Amerikanın kəşfi barədə məktubunun nadir nüsxəsi Vatikana qaytarılıb

Kolumbun Amerikanın kəşfi barədə məktubunun nadir nüsxəsi Vatikana qaytarılıb Sözügedən nümunə Vatikan kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu
Maraqlı
15 İyun , 2018 08:10
Kolumbun Amerikanın kəşfi barədə məktubunun nadir nüsxəsi Vatikana qaytarılıb

Bakı. 15 iyun. REPORT.AZ/ ABŞ səfiri Kallista Qinqriç cümə axşamı Xristafor Kolumbun XV əsrin sonlarında yazdığı məktubunun ilk nüsxələrindən birini Vatikan kitabxanasına təhvil verib.

“Report” xəbər verir ki, sözügedən nümunə Vatikanın apostol kitabxanasından oğurlanaraq saxtası ilə əvəz olunmuşdu.

"Associated Press"in məlumatına görə, bu, son illər ərzində geri qaytarılan üçüncü belə məktubdur.

Bu, Kolumbun 1493-cu ilin aprelində İspaniya monarxları Ferdinand və İzabelleyə ispan dilində yazdığı orjinal məktubun üzü köçürülmüş onlarla nüsxəsindən biridir.

Son xəbərlər

Orphus sistemi