Yuxarı

"Kinq-Konq"un aktyoru Rene Oberjonua vəfat edib

​"Kinq-Konq"un aktyoru Rene Oberjonua vəfat edib

Məşhur "Kinq-Konq" filmində və "Ulduzlu yol" teleserialında çəkilmiş Amerika rejissoru və aktyor Rene Oberjonua vəfat edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, o, ötən gün 79 yaşında dünyasını dəyişib.

"Biz təəssüf ki, Renenin bu gün, bazar günü, 8 dekabrda vəfat etdiyini təsdiq edirik", - deyə aktyorun “Twitter” səhifəsində yayılmış xəbərdə bildirilir.

Rene Oberjonua 1940-cı ildə Nyu-Yorkda doğulub. O, 25-dən çox filmdə, onlarla serialda rol alıb.

Oberjonua "Hərbi-səhra hospitalı", "Kinq-Konq", "Bizonun veylləndiyi yer" və "Bostonun hüquqşünasları" seriallarında, "Ehtirasların anatomiyası", "Ulduzlu yol. Uzaq kosmos 9" bədii film və teleseriallarında çəkilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi