Yuxarı

KİV: yeni "Terminator" yüksək reytinq qazanıb

​KİV: yeni "Terminator" yüksək reytinq qazanıb

Məşhur aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerin çəkildiyi yeni "Terminator" filmi yüksək reytinq qazanıb.

Bu barədə "Report" "ComicBook"a istinadən xəbər verir.

"Terminator: qaranlıq talelər" filminin prodüseri Ceyms Kemeron bildirib ki, dünya şöhrətli filmin növbəti hissəsi daha kəskin və amansız olacaq.

Qeyd edilir ki, oktyabrın 31-də nümayiş etdiriləcək film 1991-ci ildə lentə alınmış "Terminator 2: Qiyamət günü" fantastik ekran əsərinin davamı olacaq.

Con Konnorun rolunu Hollivud aktyoru Edvard Ferlonq oynayacaq.

Arnold Şvarsenegger əvvəlki kimi Terminatorun siması olaraq qalır, amma Linda Hamilton Sara Konnoru oynayacaq.

Xatırladaq ki, əvvəllər ekranlaşdırılmış "Terminator" filmlərində də Arnold Şvarsenegger çəkilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi