Yuxarı

KİV: Əbu-Dabi hava limanında dünyanın ən yaşlı adamı aşkarlanıb - FOTO

​KİV: Əbu-Dabi hava limanında dünyanın ən yaşlı adamı aşkarlanıb

Hind rahibi Svami Şivananda (Swami Sivananda) dünyanın ən yaşlı sakini adlandırıla bilər.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, onun yaşı Əbu-Dabi şəhərinin hava limanı əməkdaşlarının diqqətini cəlb edib.

Şəxsiyyət vəsiqəsinə əsasən Svami Şivananda 1896-cı ilin 8 avqustunda Hindistanın Kəlküttə şəhərində dünyaya gəlib. Əgər sənəddəki məlumatlar düzdürsə, 123 yaşlı Şivananda Yer kürəsinin ən yaşlı adamı hesab edilir.

Qeyd edilir ki, hindistanlı 5 yaşında valideynlərini itirib. Şivananda böyüdükdən sonra həyatını səyahətlərə həsr etmək qərarına gəlib. O, bildirib ki, qeyri-adi həyat tərzi keçirir: - döşəmədə yatır.

Ona dəfələrlə məsləhət görülüb ki, planetin ən yaşlı adamı kimi tanınmaq üçün Ginnesin "Rekordlar" kitabına düşmək üçün müraciət etsin. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi