Yuxarı
    Bağlamaq

    ​Kərim Benzema paraşütlə tullanıb

    27 yaşlı futbolçuya bu işdə Skydive Dubai şirkətinin təlimatçısı kömək edib

    Bakı. 2 yanvar. REPORT.AZ/ "Real Madrid" klubu İspaniya çempionatında yaranan fasilədən istifadə edərək Dubaya yollanıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, toplanış ərəfəsində İtaliyanın "Milan" klubuna məğlub olan (2:4) "Real"ın Dubay səfəri fransalı futbolçusu Kərim Benzemanın çılğınlığı ilə yadda qalıb.

    O, Dubayın hündür binalarının birindən paraşütlə tullanıb. 27 yaşlı futbolçuya bu işdə "Skydive Dubai" şirkətinin təlimatçısı kömək edib.

    Qeyd edək ki, Madrid klubu 2015-ci ildə ilk oyununu yanvarın 4-də "Valensiya"ya qarşı keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi