"Report" "Euronews.com"a istinadən xəbər verir ki, parlamentin spikeri sessiyanı yarım saatlıq dayandırmaq məcburiyyətində qalıb.
Lakin iclas yenidən bərpa olunan zaman dava düşüb, parlamentdən canlı yayım dayandırılıb, jurnalistlərdən zalı tərk etmələri xahiş olunub. Polis parlamentin binası qarşısında bir neçə nümayişçini həbs edib.
“Keniyalıların çətinliklə əldə olunan azadlığı təhlükə altındadır. Və burada söhbət təhlükəsizlik məsələlərindən getmir. Təhlükə oliqarxların idarə etdiyi hakimiyyət tərəfdən gəlir”, – deyə müxalifətçi bildirib.
Ölkə prezidenti Uxuru Keniata terrorçuluqla mübarizə çərçivəsində təhlükəsizlik haqqında qanuna düzəlişlər etməyə çağırıb. Dəyişikliklər təhlükəsizlik orqanlarına böyük hüquqların verilməsini nəzərdə tutur. Müxalifətin fikrincə, bu, konstitusiyanın keniyalılara verdiyi hüqüq və azadlıqların pozulmasına gətirib çıxaracaq.