Yuxarı
    Bağlamaq

    Kazanda polisdən qaçaraq hava limanına avtomobillə daxil olan sürücünün videosu yayımlanıb - VİDEO

    Hava limanına dəyən zərərin məbləği təxminən altı milyon rubl təşkil edib

    Bakı. 23 dekabr. REPORT.AZ/ Kazan hava limanının terminalına daxil olaraq bir müddət orada hərəkət edən və aeroportun videokameralarına düşən avtomobilin əks olunduğu kadrlar yayılıb. 

    "Report" "REN TV"yə istinadən xəbər verir ki, dekabrın 21-də axşam saatlarında polis əməkdaşlarının təqibindən qaçan sürücü şəhərdən kənarda gizlənmək qərarına gəlib və hava limanı istiqamətində Kazan-Orenburq avtomobil yolu ilə hərəkət etməyə başlayıb. Avtomobil A1 terminalından içəri girərək, kafeni dağıdıb, bir müddət terminalın içində hərəkət edib və əks tərəfdə yerləşən şüşə qapıdan avtomobil dayanacağına çıxıb.

    Bundan sonra avtomobil sönüb, hadisə yerinə YPX əməkdaşları gəlib. 

    Müəyyən olunub ki, 40 yaşlı sürücü sərxoş olub. 

    Hadisə nəticəsində xəsarət alan olmayıb. Hava limanına dəyən zərərin məbləği təxminən altı milyon rubl təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi