Yuxarı

​Kanadada sürücüsüz avtomobillər 2020-ci ildə istifadəyə veriləcək

Lakin yeni avtomobillərin iqtisadi və sosial problemlərə səbəb olması da istisna deyil

Bakı. 23 yanvar. REPORT.AZ/ Kanadada sürücüsüz avtomobillərin 2020-ci ildən etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Ölkənin Van Horn Universitetinin aidiyyəti şirkətlərlə birlikdə həyata keçirdikləri tədqiqatlarda qeyd olunur ki, ölkədə 2020-2025 illər arasında istifadəsi nəzərdə tutulan sürücüsüz avtomobillər Kanada iqtisadiyyatına illik 65 milyard dollar fayda verəcək.

Tədqiqatları aparan şirkətlərdən birinin direktoru Vicay Gill deyib ki, yeni maşınların vasitəsilə yol qəzalarının sayını azaltmaq, eləcə də yollardakı maşın tıxacını minimuma endirmək mümkün olacaq. Lakin yeni avtomobillərin iqtisadi və sosial problemlərə səbəb olması da istisna deyil. Çünki yeni avtomobillərin istifadəsindən sonra taksi, kuryer xidməti, eləcə də avtobus sürücüləri işsiz qala bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi