Kanadada məhkəmə 145 uşaq atasını çoxarvadlılıqda günahkar bilib

Kanadada məhkəmə 145 uşaq atasını çoxarvadlılıqda günahkar bilib Altmış bir yaşlı Uinston Blekmor 5 il azadlıqdan məhrum edilə bilər
Maraqlı
25 İyul , 2017 16:56
Kanadada məhkəmə 145 uşaq atasını çoxarvadlılıqda günahkar bilib

Bakı. 25 iyul. REPORT.AZ / Kanadanın Britaniya Kolumbiyası əyalətinin Ali Məhkəməsi 61 yaşlı Uinston Blekmoru və onun keçmiş kürəkəni Ceyms Oleri çoxarvadlılıqda günahkar bilib. 

Bu barədə "Report" "Yahoo News"a istinadən xəbər verir.

Ümumiyyətlə, 1990-ci ildən 2014-ci ilədək U.Blekmor 24 qadınla evlənib və bu evliliklər nəticəsində 145 uşağı dünyaya gəlib. Onun 53 yaşlı kürəkəninin isə 5 arvadı var. Hər ikisini 5 ilədək həbs cəzası gözləyir.

Bildirilir ki, onlar Mormonlar icmasının üzvləridir. Oler və Blekmor 1946-ci ildə yaradılan və 1,5 min poliqamiya tərəfdarını birləşdirən Bauntiful yaşayış məskənində yaşayırlar. Kommunanın iqtisadiyyatı natural mübadilə prinsipi üzərində qurulub. 

Son xəbərlər

Orphus sistemi