Bakı. 10 dekabr. REPORT.AZ/ Kanadanın Kalqari şəhər heyvanat parkında 7 pinqvin suda batıb.
"Report" xəbər verir ki, bu barədə yerli "Calgary Herald" nəşri yazıb.
Pinqvinlərin cəsədlərini zoopark əməkdaşları aşkar ediblər. Cəsədlərin yarılması göstərib ki, onların hamısı suda boğularaq ölüb.
"Bütün ehtimallara görə, burada hansısa stress söhbəti var ki, pinqvinlər ondan təşvişə düşüblər, lakin onları məhz nəyin qorxutduğunu demək çətindir", - deyə zoopark direktoru Ceymi Dorqan bildirib.
Ölən bütün pinqvinlər müxtəlif yaş hədlərində olublar. Onların ən balacası 8 aylıq, ən böyüyü isə 7 yaşlı olub. Heyvanların hamısı sağlam olub.