Yuxarı
    Bağlamaq

    Kanada sakini lotereyada 47 milyon dollar udub

    Onun adı hələ ki, təşkilatçılara məlum deyil

    Bakı. 24 dekabr. REPORT.AZ/ Kanadanın Kvebek əyalətinin adı hələ ki, məlum olmayan sakini məşhur milli "Lotto Max" lotereyasında 47 milyon dollar udub.

    “Report” xəbər verir ki, bu barədə şənbə günü Kanadada sayca 10-a yaxın belə oyun keçirən "Atlantic Lottery" assosiasiyasının nümayəndələri məlumat veriblər.

    Uduş biletinin fransızdilli əyalətin hansı şəhərində satıldığı hələ ki, məlum deyil. Kanada lotereyası qaydalarına əsasən, mükafatı almaq üçün təşkilatçılara uduşa düşən bileti göstərmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi