Bakı. 22 sentyabr. REPORT.AZ/ San-Diyeqo səmasında müəmmalı işıqlar müşahidə edilib və hadisənin əks olunduğu video sosial şəbəkədə yayımlanıb.
"Report"un "Mirror"a istinadən verdiyi xəbərə görə, video Kaliforniyada San-Diyeqo sakini tərəfindən lentə alınıb. Görüntüdə gecə vaxtı göy üzərində üçbucaq formasında düzülmüş işıqlar aydın görünür.
Ufoloqların firkincə, işıqlar mifoloji "qara üçbucağı" xatırladır.
Analoji obyektlər 1990-cı ilin martında Belçikada, 1993-cü ildə İngiltərədə, 1997-ci ildə isə Arizona səmasında görünüb.
O zaman İngiltərə Hərbi Hava Qüvvələri naməlun uçan obyekt (UNO) barədə hesabat dərc edərək sənədə "qara üçbucaq" haqda məlumatı da daxıl etmişdilər.