Bakı. 21 avqust. REPORT.AZ/ "Kalaşnikov" Konserni yeni avtomat istehsal edəcək.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, 7,62 kalibrli yeni "AK-308" sınaq üçün hazırlanır.
Bildirilir ki, "АК-103"ün bazasında düzəldilən yeni avtomatın darağı 20 patron tutacaq. Silahın uzunluğu 880-940 mm, çəkisi daraqsız 4,3 kq-dır.
Bu silahın "Ordu 2018" forumunda nümayişi gözlənilir.